Kriptovalyuta mübadiləsi şirkəti Crypto.com ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasını (SEC) məhkəməyə verib.

İndex.az xəbər verir ki, "Crypto.com"dan verilən məlumata görə, SEC sektordakı tənzimləmələri ilə səlahiyyətlərini aşdığı üçün məhkəməyə müraciət edilib.

"Crypto.com"dan bildirilib ki, şirkətin bir federal agentliyə qarşı iddia qaldırması görünməmiş hadisə olsa da, SEC-in sənayeyə qarşı hərəkətlərindən sonra məhkəməyə müraciət etməkdən başqa variant qalmayıb.