“Credit Suisse Group AG” likvidliyini gücləndirmək üçün borc alacağını açıqlayıb.

İndex.az xəbər verir, “Credit Suisse” likvidliyini gücləndirmək üçün “İsveçrə Milli Bankı”ndan 54 milyard dollar borc götürərək təxminən 3 milyard frank nağd pul qarşılığında istiqrazlarının bir hissəsini geri alacaq.

Ötən ilin sonunda etdikləri yatırımla “Credit Suisse”nin ən böyük səhmdarı olan “Səudiyyə Ərəbistanı Milli Bankı”nın sədri Ammar Əl Hudari verdiyi müsahibədə “Credit Suisse”dəki paylarını artırmayacaqlarını söylədi.

“Credit Suisse Bankı”nın likvidliyə ehtiyacı olarsa, əlavə köməklik etməyə hazır olub-olmayacağı sualına cavab olaraq Al Hudarini bildirdi ki, tənzimləyici və hüquqi səbəblərə görə qətiyyən köməklik göstərməyəcəklər.