Avqustun 26-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin növbədənkənar ümumi yığıncağı keçiriləcək.

İndex.az xəbər verir ki, yığıncağın gündəliyinə cəmiyyətin 2025-ci il üzrə yarımillik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, Cəmiyyətin Müşahidə Şurasının Əsasnaməsinin yeni redaksiyada təsdiq edilməsi, nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi kimi məsələlər daxil edilib.

Bundan başqa, müzakirə ediləcək məsələlər arasında Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi, Yeni korporativ sənədlərin qəbulu, mövcud korporativ sənədlərdə dəyişikliklər edilməsi və bununla bağlı məsələlər, həmçinin Cəmiyyətin nizamnaməsinə dəyişiklik edilməsi ilə əlaqədar səlahiyyətli şəxsin və/və ya onun tərəfindən etibarnamə verilən şəxsin təyin edilməsi və müvafiq orqanlara/qurumlara müraciətlərin edilməsi olub.