Fed-in Nyu-Yorkdakı sədri Con Uilyams yüksək inflyasiyanın qarşısını almaq üçün səylərin hələ bitmədiyini bildirib.

İndex.az xəbər verir ki, Con Uilyams inflyasiyanın çox yüksək olaraq davam etdiyini və ABŞ Federal Ehtiyat Sisteminin qiymət təzyiqlərini soyutmağa yönəlmiş tədbirinin iqtisadiyyatda bəzi qaçılnılmaz problemlərə səbəb olacağını bildirib.

Nyu Yorkda bankçılar qrupunda çıxış edən Uilyams bildirib ki, son bir ildə FED inflyasiyanın azaldılması üçün güclü addımlar atıb:

“Son aylarda bir qədər mülayimlik müşahidə etsək də, inflyasiya səviyyəsi 5% olaraq qalır. Bu isə çox yüksəkdir. Biz iqtisadiyyatda tarazlığı bərpa etməliyik və inflyasiyanı davamlı şəkildə 2% endirməliyik. İşimiz hələ tamamlanmayıb”.

Uilyams, Fed-in faiz dərəcələrinin irəliləyişinə dair dəqiq bir proqnoz vermədi:

"Faiz dərəcəsinin getməli olduğu kurs ehtimal ki, yavaş artım dövrü və əmək bazarı şəraitində bir qədər yumşalma tələb edəcək".