ABŞ prezidenti Co Bayden Konqresə təqdim etməyə hazırlaşdığı büdcə təklifi mübahisələrə səbəb olub.

İndex.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Konqresə təqdim etməyə hazırlaşdığı və bu gün axşam saatlarında elan edilməsi gözlənilən büdcə təklifində milyarderlər üçün minimum 25% vergi tələb edir.

Həmçinin planlar arasında investisiya üçün kapital artımı vergisinin dərəcəsinin 20%-dən 39,6%-ə qədər artırılması, korporasiyalar və varlı amerikalılar üçün gəlir vergisinin yüksəldilməsi də var.

Baydenin trilyon dollarlıq “Build Back Better” iqtisadi paketinin nüsxəsi olan təklifin Konqresdən keçmək şansı azdır.

Demokratlar həm Senat, həm də Nümayəndələr Palatasına nəzarət edəndə Bayden oxşar təklifi qəbul etməmişdi.