Çinin ticarət profisiti, idxalın gözləniləndən daha çox azalmasına görə, bazar gözləntilərini üstələdi.
İndex.az xəbər verir ki, Çin Baş Gömrük İdarəsinin məlumatlarına görə, ticarətdə yanvar-fevral aylarında 116,88 milyard dollarlıq müsbət saldo qeydə alınıb.
Qeyd edək ki, bazar gözləntisi 84 milyard dollarlıq müsbət saldo olacağı idi.
Eyni dövrdə ixrac 6,8%, idxal isə 10,2% azalıb. Bazar gözləntisi ixracda 9%, idxalda isə 5,1% azalma olacağı idi.
