Çinin qızıl ehtiyatları mart ayının sonuna kimi 72,74 milyon unsiyaya (2 milyard 262 milyon ton) yüksəlib.
İndex.az xəbər verir ki, Çin Xalq Bankının açıqlamasına görə, ardıcıl 17 aydır artan qızıl ehtiyatı mart ayında 160 min unsiya artıb.
Müşahidəçilər və ekspertlər qızıl aktivlərinin artımını Mərkəzi Bankın bu ənənəvi aktivə inamı və dünya bazarlarının getdikcə qeyri-müəyyənlik şəraitində maliyyə təhlükəsizliyinə verdiyi önəmlə əlaqələndirirlər.
"Şanxay Universiteti"nin Maliyyə və İqtisadiyyat bölməsinin professoru Xi Yunyanqın fikrincə isə, Çinin qızıl ehtiyatlarını artırmasının əsas səbəbi beynəlxalq valyutaların etibarsızlığıdır. Üstəlik, professorun vurğuladığı kimi, ABŞ dollarının məzənnəsi daim dəyişir və bu, xarici valyutadan asılı olan iqtisadiyyatlara təsir edir.
