Bayden administrasiyası Çinin bazara təzəcə girməyə başlayan çip avadanlıqlarına qarşı məhdudiyyətlər tədbiq etməyi hədəfləyir.

İndex.az xəbər verir ki, ABŞ mediasında yayılan məlumatlara görə, müzakirə edilən tədbirlərə Çinin "gate all-around" (GAA) kimi tanınan ən müasir çip arxitekturasından istifadə imkanlarının məhdudlaşdırılması daxildir.

GAA texnologiyası daha güclü çiplərin istehsalına imkan verir və "Nvidia", "Intel", "AMD" və "TSMC" daxil olmaqla bir sıra nəhəng çip istehsalçıları gələn il GAA-arxitektura çiplərinin kütləvi istehsalına başlamağı planlaşdırırlar.

Məlumatlarda qeyd olunub ki, ABŞ-ın məqsədi texnologiya kommersiyalaşdırılmamışdan əvvəl Çinin yeni yaranan texnologiyaya çıxışına nəzarət etməkdir.

Bu xəbərdən sonra "Nvidia" səhmləri 2,5%, AMD səhmləri 1,9%, Intel səhmləri isə 1% dəyər itirib.