İnvestorların Çinin böyümə hədəfini qiymətləndirməsi Asiya bazarlarını qarışdırdı.
İndex.az xəbər verir ki, bazar ertəsi investorların parlament iclaslarında Çinin böyümə hədəfini ölçmələri Asiya-Sakit Okean regionunda səhmlər qarışdırıb.
Avstraliyanın “S&P/ASX 200” indeksi “Avstraliya Ehtiyat Bankı”nın iqtisadçılarnın faiz dərəcələrində 25 əsas bəndlik artım gözləməsi ilə çərşənbə axşamı verilən qərardan əvvəl 0,6% bahalaşıb.
“Nikkei 225” 1,21%, “Topix” isə 0,9% bahalaşıb.
Cənubi Koreyada “Kospi” 0,4%, “Kosdaq” isə 1,01% artıb, Fevralda Cənubi Koreyada inflyasiya daha da aşağı düşüb.
Çində “Şanxay Birləşməsi” 0,2% ucuzlaşıb. Çinin Baş naziri Li Keqiang bazar günü ölkənin hökumət işi hesabatını dərc etdikdən sonra sonra isə “Shenzhen Birləşməsi” də 0,32% ucuzlaşıb.
Honkonqda “Hang Seng” indeksi 0,35% ucuzlaşıb.
“Dow Jones Industrial Average” 1,17%, “S&P 500” 1,61%, 2Nasdaq Composite” isə 1,97% bahalaşıb.
