Pandemiya nəzarətinin ötən ilin sonunda bitməsinə baxmayaraq, istehlakçılar ehtiyatlı olduqları üçün Çində inflyasiya bazar gözləntilərinə nəzərən daha sürətlə yavaşladı.
İndex.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, fevral ayında istehlak qiymətləri keçən ilin eyni ayı ilə müqayisədə 1,0% artıb.
İqtisadçılar, keçən ay 2,1% olan artımın 1,7%-ə enəcəyini düşünürdülər.
Analitiklər istehlak qiymətlərində 0,2% artım olacağını gözləsələr də, ötən aya nisbətən istehlak qiymətləri 0,5% azalıb.
Qeyd edək ki, cari ilin ilk iki ayında istehlak qiymətlərində artım 1,5% olub.
Qeyri-ərzaq mallarının qiymətləri isə 0,6% artıb.
