Bir neçə il əvvəl Çinin Quandun bölgəsində yaşayan Çen adlı qadının alnında görünən “dəri buynuzu” gündən-günə böyüyərək təxminən 10 santimetr uzunluğa çatıb.

İndex.az xəbər verir ki, Çenin vəziyyətini araşdıran həkimlər bədbəxt qadının vəziyyətinin günəşə məruz qalması ilə bağlı olduğunu bildiriblər.

TikTok-da məşhura çevrilən Çen qocalmasına baxmayaraq sağlam və həvəsli həyat tərzi ilə diqqət çəkib. Yerli insanlar Çenin alnındakı parçanı “uzunömürlülük buynuzu” adlandırır və buynuzun sağlamlıq verdiyinə inanırlar.

Mütəxəssislər bu tip dəri böyümələrini ümumiyyətlə xoşxassəli hesab etsələr də, xərçəngə çevrilmə riski daşıdıqları üçün yaxından izlənilməli olduğunu deyirlər.