“Kölnün atası” və ya “Cəhənnəm Necati” kimi tanınan cinayət təşkilatının liderlərindən biri Necati Coşkun Arabacı (53) İzmirin Adnan Menderes hava limanında saxlanılıb.
İndex.az xəbər verir ki, İnterpol tərəfindən də cinayət təşkilatı kimi tanınan “Hells Angels” üzvlərinin çirkli pulların yuyulması, qəsb, narkotik və silah alveri də daxil olmaqla, çoxsaylı qeyri-qanuni fəaliyyətlə məşğul olduqları müəyyən edilib.
Necati Coşkun Arabacının İzmir İl Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinə aparıldığı öyrənilib.
Arabacının prosesdən sonra ədliyyəyə sövq ediləcəyi bildirilib.
