Çində sənaye istehsalının inkişafı digər sahələrdən geri qalır.
İndex.az xəbər verir ki, “Covid-19” məhdudiyyətlərinin aradan qaldırılmasından sonra açıqlanan pərakəndə satış məlumatları Çin iqtisadiyyatının 2023-cü ilin ilk iki ayında yüksəlişə keçdiyini göstərsə də, sənaye istehsalının gözləntilərə cavab verməməsi bərpanın qeyri-sabit olduğunu göstərir.
Yanvar-fevral aylarında ölkədə pərakəndə satışlar gözləntilərə uyğun olaraq ötən ilin eyni dövrünə nəzərən 3,5% artıb.
Sənaye istehsalı isə eyni dövrdə illik 2,4% artıb. Sənaye istehsalında artımın 2,6% olacağı gözlənilirdi.
İşsizlik nisbətində gözləntilər 5,3% olsa da, 5,6%-ə qədər qalxıb.
4,5% artacağı təxmin edilən əsas kapitala qoyulan investisiyalar 5,5% artımla müsbət mənzərə yaradıb.
Bu, Çin administrasiyasının iqtisadiyyatı stimullaşdırmaq üçün infrastruktur xərclərini artırdığına işarə idi.
Ölkədə mənzil satışı da yanvar-fevral aylarında ötən ilin ilk iki ayı ilə müqayisədə 3,5% artıb.
