Önümüzdəki günlərdə Çində gələcək 5 ildə ölkəni idarə edəcək şəxlər üçün kritik seçkilər və təyinatlar keçiriləcək.

İndex.az xəbər verir ki, paytaxt Pekində davam edən Çin Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) 14-cü dövrünün 1-ci Baş Assambleyasında, dövlət başçısı, vitse-prezident, parlamentin sədri, eləcə də yeni baş nazir seçiləcək.

Konqresdə Si Cinpinin üçüncü dəfə sədr seçiləcəyi gözlənilir.

Qurultayın martın 5-də işə başlayan və martın 10-13-də keçiriləcək plenar iclasları qərarların formalaşmasında mühüm əhəmiyyət kəsb edir.