“Çin 2023-cü ildə 3%-lik inflyasiya hədəfinə çata bilər”.
İndex.az xəbər verir ki, bunu açıqlamasında Çin Milli Statistika Bürosunun sözçüsü Fu Linqhui bildirib.
Fu Linghui açıqlamasında ölkə daxilində məşğulluğun sabitləşməsinə dəstək üçün addımları artıracaqlarını və istehlakı artırmaq üçün tədbirlər görməyə davam edəcəklərini vurğulayıb.
Çinin daşınmaz əmlak bazarının bəzi müsbət dəyişikliklər göstərdiyinə diqqət çəkən Fu, sektorda sabitlik gözlədiklərini qeyd edib.
Bununla yanaşı Fu, bu il xarici tələbin zəifləyəcəyini gözlədiyini, lakin Çinin xarici ticarətdə bəzi çətinliklərlə üzləşməyinə baxmayaraq , müsbət və dəstəkləyici inkişafların olduğunu söyləyib.
