"ChatGPT" proqramına "Google"dan sonra "Alibaba Group" da rəqib hazırlamağa başlayıb.

İndex.az xəbər verir ki, Çinin "Alibaba Group" şirkəti, "Open AI"nin son dövrə damğasını vuran məşhur "ChatGPT" çatbotuna bənzər bir süni intellekt sistemi hazırladığını açıqlayıb.

Şirkətin üzərində işlədiyi çatbotun hazırda daxili sınaq mərhələsində olduğu bildirilir.

Gələcəkdə Alibaba süni intellektə əsaslanan çatbotu "Zoom" kimi funksiyalar təklif edən "DingTalk" kommunikasiya proqramına inteqrasiya edə bilər.

Şirkət rəsmiləri hələlik məsələ ilə bağlı qısa şərh verərək, ətraflı məlumat verməkdən imtina ediblər:

"2017-ci ildə DAMO (Alibaba Tədqiqat İnstitutu) təsis ediləndən bəri biz böyük dil modelləri və məhsuldar süni intellekt kimi qabaqcıl innovasiyalara diqqət yetirmişik. Texnoloji lider olaraq biz müştərilərimizə və onların müştərilərinə fayda vermək üçün "Bulud" xidmətləri vasitəsilə qabaqcıl texnologiyaların tətbiqlərə inteqrasiyasına sərmayə qoymağa davam edirik".