"ChatGPT" "Google"un proqram mühəndisi müsahibəsindən uğurla keçib.
İndex.az xəbər verir ki, "Google" komandası süni intellektə əsaslanan "ChatGPT" çatbotunu bəzi sınaqlardan keçirib. "ChatGPT" proqram mühəndisi vəzifəsi üçün hazırlanmış müsahibədən uğurla keçməyi bacarıb.
Qeyd edək ki, "Google"da L3 və ya üçüncü səviyyəli proqram mühəndisi ildə təxminən 180 min dollar maaş alır.
"ChatGPT" "Google"un kodlaşdırma ilə bağlı suallarını düzgün cavablandırıb. Mütəxəssislər əlavə olaraq çatbota bəzi suallar verib və ondan müxtəlif tapşırıqları yerinə yetirməsini istəyiblər.
Mütəxəssislər həmçinin çatbota süniintellekt proqram təminatı tərtibatçılarını əvəz edə bilərmi deyə sual verdikdə, "ChatGPT" buna mənfi cavab verib.
Çatbotun fikrincə, neyron şəbəkə texnologiyaları yalnız müəyyən tapşırıqlar üçün faydalıdır və insanların malik olduğu tənqidi düşüncə və yaradıcılıq qabiliyyətinə malik deyil. Həmçinin, "ChatGPT"nin effektiv işləməsi üçün insan nəzarəti və istiqamət tələb olunur.
