"Google"un bir müddətdir üzərində çalışdığı süni intellekt çatbotu "Google Bard" açıqlanıb.
İndex.az xəbər verir ki, "ChatGPT" ilə rəqabət aparacaq "Google Bard" qapalı beta testinə başlayır.
"ChatGPT" çatbotu 560 milyon aylıq ziyarət və 100 milyondan çox unikal ziyarətçi ilə internet tarixində ən sürətlə inkişaf edən platforma oldu. Buna görə də, "Google" bu tendensiyanı əldən vermək istəmir.
