2022-ci ilin yanvar-iyul aylar ərzində Azərbaycan xaricə 1 263,71 ton çay ixrac edib.
İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizin xaricə ixrac etdiyi çayın dəyəri 7 milyon 587,58 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 198,44%, dəyər baxımından isə 157.20% çoxdur.
Azərbaycanın çay ixracı 2022-ci ilin ilk 7 ayının ixracına nisbətən 0,03%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 0,45% təşkil edib.
Bununla da bu ilin 7 ayında çayın 1 tonunun orta satış qiyməti 6 004 dollar, 1 kiloqramı isə ortalama 6 dollara başa gəlib.
Bir sözlə, Azərbaycanın xarici ölkələrə satdığı bir kiloqram çayın orta satış qiyməti 10 manat 21 qəpik təşkil edib.
Mirəli Qasımov - İndex.az
