"Casio", Yapon qılınc ustalarının ənənələrindən ilhamlanan yeni məhdud sayda "G-SHOCK MR-G" modelini elan etdi.

İndex.az xəbər verir ki, 2024-cü ilin noyabrında buraxılacaq "G-SHOCK MRG-B2000JS-1A" həm ənənəvi sənətkarlığı, həm də müasir texnologiyanı özündə birləşdirir.

Cəmi 800 ədəd istehsal olunacaq bu model kolleksiyaçıların diqqətini çəkəcək.

Təxminən 8000 dollara satılacaq bu saat həm ənənəvi yapon qılınc sənətinə hörmət əlaməti, həm də müasir texnologiya ilə kolleksiya əşyası kimi diqqəti cəlb edir.