Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının (SAMR) verdiyi açıqlamaya görə, Çin avtomobil istehsalçısının 2022-ci ilin noyabrından 2023-cü ilin dekabrına qədər Çində istehsal etdiyi “Dolphin” və “Yuan Plus” elektrikli avtomobilləri geri çağırılıb.

İndex.az xəbər verir ki, SAMR-in bəyanatında bildirilir ki, şirkət öz dilerlərindən geri çağırılan avtomobillərdə fiziki düzəliş quraşdırmağı xahiş edəcək.

Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatlarına görə, "Dolphin" və "Yuan Plus" 2023-cü ildə BYD-nin ən çox satılan iki modeli olub, il ərzində ümumilikdə satılan 3 milyon avtomobilin 26%-ni təşkil edib.