Beynəlxalq Valyuta Fondunun (BVF) iclasında Ermənistana 128,8 milyon SDR (Fondun əsas dünya valyutalarından ibarət səbət əsasında müəyyən edilən hesab vahidi-müəl) məbləğində yeni kredit sazişi təsdiqlənib.
İndex.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i bildirib.
Kredit üç il müddətinə ümumi büdcə dəstəyi şəklində (xüsusi təyinat göstərilmədən) təqdim olunacaq. Kredit sazişi imzalandıqdan dərhal sonra Ermənistan üçün ilk tranş – 18,4 milyon SDR (25 milyon dollar) əlçatan olacaq.
Növbəti tranşlar isə Fond missiyalarının mütəmadi qiymətləndirmələrindən sonra veriləcək.
