Bu gün Bakının Suraxanı rayonunun 2 qəsəbəsinin qaz təchizatı dayandırılacaq. 

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, “Bül-Bülə” və “Yeni Suraxanı” qaz kəmərlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədilə qaz təchizatı dayandırılacaq. 

Suraxanı rayonunun Bülbülə və Yeni Suraxanı qəsəbələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.