Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 10-nun ötənilki xərcləri əvvəlki illə müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar “Atasığorta”, “İpək Yolu Sığorta”, “Qala Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat Sığorta”, “Atəşgah Sığorta”, “Meqa Sığorta”, “Azsığorta” və “Atəşgah Həyat Sığorta” ASC-lər, eləcə də Dövlət Sığorta Kommersiya Şirkətidir (“Azərsığorta”).

Ən çox azalma “Atəşgah Həyat Sığorta”da (38,7%), ən az azalma isə “Atasığorta”da (0,4%) qeydə alınıb.

Qalan 10 sığorta şirkətinin xərcləri isə artıb. Ən yüksək dinamika “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-də (3,1 dəfə), ən aşağı dinamika isə “PAŞA Sığorta” ASC-də (8,2%) qeydə alınıb.

Mənbə - Renkinq