Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Radiotezliklər İdarəsi avtomobillərini sığorta etdirir.

İndex.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, dövlət İdarəsi nəqliyyat vasitələrinin kasko sığorta xidmətlərinin satınalması üçün tender elan edib.

Belə ki, qurum 6 ədəd minik avtomobilinin 2 illik kasko sığortasını həyata keçirəcək.

Radiotezliklər İdarəsi avtomobillərini sığorta edəcək şirkətin adı da məlumdur. Bu, “Meqa Sığorta” ASC-dir.

İdarə bunun üçün “Meqa Sığorta”ya 28 840 manat pul ödəyəcək.