Salyanın Xıdırlı kənd orta məktəbi bərbad vəziyyətdədir.

İndex.az xəbər verir ki, bu barədə "İTV Xəbər"in yayımladığı reportajda bildirilib.

Şəhid Təbriz Xəlilbəyli adına məktəbdə 1000-ə yaxın şagird təhsil alır.

Qeyd olunur ki, təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Məktəbin pəncərələrində şüşələr yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür.

Şirvan-Salyan Təhsil İdarəsindən məsələyə aydınlıq gətirilib ki, Xıdırlı kənd tam orta məktəb binasının əsaslı təmir olunmasına ehtiyac var. Artıq bununla bağlı müvafiq sənədlər hazırlanır.

Daha ətraflı:

[embed]https://www.youtube.com/watch?v=h2H6R0cIGGE[/embed]