2022-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycan xaricə 19 703.73 min ton alma ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizin xaricə ixrac etdiyi almanın dəyəri 13 milyon 226.13 min ABŞ dolları təşkil edib.

Bu məbləğ ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 4.08% çox olsada, ixrac olunan məhsulun həcmi 28.53% azalıb.

Azərbaycanın alma ixracı 2022-ci ilin ilk 7 ayının ixracına nisbətən 0.06%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 0.79% təşkil edib.

Bununla da, bu ilin 7 ayında almanın 1 tonunun orta satış qiyməti 671 dollar, 1 kiloqramı isə ortalama 0.67 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrə satdığı bir kiloqram almanın orta satış qiyməti 1 manat 13 qəpik təşkil edib.

Mirəli Qasımov