Təhsil naziri Emin Əmrullayev məktəblərdə “Son zəng”in keçirilməsinə münasibət bildirib.

Index.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu, ilk növbədə Operativ Qərargahın qərarı ilə olmalıdır.

“Çünki Azərbaycanda COVID-lə bağlı məsələ Operativ Qərargahla məsləhətləşmə əsasında həyata keçirilir. Hazırkı pandemiya şəraiti davam edərsə, yəqin ki, ənənəvi qaydada “Son zəng”in keçirilməsi mümkün olacaq”, - nazir qeyd edib.