Bu ilin yanvar-iyul aylar ərzində Azərbaycana xaricdən 17 6481,30 ton əczaçılıq məhsulu idxal edilib.
İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizə xaricdən idxal etdiyi əczaçılıq məhsulunun dəyəri 376 milyon 704,16 min ABŞ dolları təşkil edib.
Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 28,61%, dəyər baxımından isə 25,56% çoxdur.
Azərbaycanın əczaçılıq məhsulu idxalı 2022-ci ilin ilk 7 ayının idxalına nisbətən 5,03%, təşkil edib.
Mirəli Qasımov - İndex.az
