2022-ci ilin birinci yarımilində dövlət büdcəsinin xərcləri 12,936 milyard manat təşkil edib.
İndex.az-ın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, xərclənmiş məbləğin 2,433 milyard manatı iqtisadi fəaliyyətə xərclənib. Liderdən sonra siyahıda ikinci yeri 1,916 milyard manatlıq xərclə təhsil sahəsi tutur. İlk üçlüyü 1,911 milyard manat xərclə ümumi dövlət xidmətləri qapayır.
İndex.az 2022-ci ilin birinci yarımili üzrə dövlət büdcəsinin sahələr üzrə xərclərini təqdim edir:

