Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda “yaşıl enerji” mənbələri üzrə elektrik enerjisi istehsalı 3 milyard 580,6 milyon kVt/saat təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 11 ay üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bildirilib ki, bu, 2023-cü ilin müvafiq dövrünə nisbətən 1 milyard 617,8 milyon kVt/saat, yəni 80 %-dən çoxdur.

“Yaşıl enerji”nin ölkədə ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 13,8 % təşkil edib.