Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 21 milyon 555 min 781,63 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 13 milyard 304 milyon 395,40 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 10,9 %, dəyəri isə 11,9 % azdır.
Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 54,67 % olub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.
