Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 295 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib.
İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,6 dəfə, maşın və avadanlıqların istehsalı isə 39% artıb.
2022-ci ilin yanvar-iyul aylarında 1 210 ədəd və ya 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 270 ədəd və yaxud 28,7% çox minik avtomobili istehsal olunub. Bu il avqustun 1-nə ölkədə 301 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 303 ədəd traktor istehsal edilib. Bu, 2021-ci ilin müvafiq ayları ilə müqayisədə 25,6% azdır. Nəticədə, bu il avqustun 1-nə ölkədə 29 ədəd hazır məhsul ehtiyatı yaranıb.
