Bu gün UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.

İndex.az xəbər verir ki, final görüşündə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcək.

Oyun Münhen şəhərindəki “Alyans Arena” stadionunda baş tutacaq.

Qarşılaşmanın baş hakimi rumıniyalı İştvan Kovaç olacaq. Ona hakimlər Mixay Marika və Ferents Tunyoqi kömək edəcək. Ehtiyat hakim Joau Pedro Pineyro olacaq.

Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.