Azərbaycanda fəaliyyət göstərən 26 bankın 10-u 2022-ci ilin birinci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.
İndex.az xəbər verir ki, “Marja.az”ın araşdırmasına görə, 2022-ci ilin birinci yarısını, maliyyə hesabatlarını açıqlamış bankların hamısı xalis mənfəət ilə başa vurub.
İyul ayının sonunadək digər bankların da maliyyə göstəricilərini açıqlayacaqları gözlənilir.

