Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu ilin I yarısındakı qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

İndex.az xəbər verir ki, bunlar “Bank BTB”, “Günay Bank” və “Azərbaycan Beynəlxalq Bankı” ASC-lər, İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (87,5%), ən az azalma isə “Bank BTB”də (3,5%) qeydə alınıb.

Qalan 22 bankın isə qeyri-faiz gəlirləri artıb. Ən yüksək dinamika Pakistan Milli Bankının Bakı filialında (10,6 dəfə), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (15,6%) qeydə alınıb.

6 bankın yarım illik qeyri-faiz gəlirləri 20 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı qeyri-faiz gəlirləri 20 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (189,041 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (81,64 milyon manat), “PAŞA Bank” (78,025 milyon manat), “Unibank” (24,256 milyon manat), “Rabitəbank” (22,346 milyon manat) və “Muğan Bank” (21,628 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 18-də qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.

Mənbə - Renkinq