Bu günn 20:00-da Braziliya millisi İsveçrə ilə qarşılaşacaq. Bu oyunun nəticəsi necə olacaq? Cavabı proqnozumuzda.
BRAZİLİYA
Braziliya millisi mundialın əsas favoritlərindən biridir. İlk turda çətin Serbiya üzərində qazanılan qələbə (2:0) bunu bir daha sübut etdi. Lakin Neymarın oyunun sonunda zədələnməsi Titenin sevincini gözündə qoydu.
Buna baxmayaraq braziliyalılar bu oyunda da qələbəyə iddialıdırlar. Ümumiyyətlə Braziliya millisi qatıldığı son 7 mundialda pley-offa vəsiqə qazanmağı bacarıb. Əgər sambaçılar bugündə qələbə qazansalar pley-offa vəsiqəni əldə edəcəklər.
Zədəsi olan Neymar və Danilo bugün oynamayacaq.
İSVEÇRƏ
İsveçrə Qatərdəki mundiala Kamerun üzərindəki minimal hesablı qələbə ilə başladı. Komanda bu oyunda da qələbə qazanaraq azərkeşlərini sevindirməyə çalışacaq. Qrupun digər üzvlərinin bu gün heç-heçə etdiyini nəzərə alsaq, İsveçrə bu gün heç-heçəyə də razı ola bilər.
İsveçrə millisinin baş məşqçisi Murat Yaxın verdiyi müsahibədə komandasının “İsveçrənin indiyə qədər mövcud olmuş ən yaxşı komandası” olduğunu deyib. Məşqçi və komandası bugün FİFA reytinqində 1-ci sırada olan Braziliyaya qarşı oyunda bunu sübut etməyə çalışacaqlar.
Əzələ zədəsi olan Okafor bugün meydana çıxa bilməyəcək.
PROQNOZ
Bu matçda sürpriz gözləmirik və favorit olan Braziliyanın qələbəsinə inanırıq. Çünki sambaçılar bugünkü qələbə sayəsində pley-offa vəsiqəni təmin edəcək.
Bizim ilk proqnozumuz Braziliyanın qələbəsidir - 1.55
Güman edirik ki, İsveçrə bütün gücü ilə müdafiə olunacaq. Lakin bu, çətin ki, onları məğlubiyyətdən xilas etsin. Üstəlik, Braziliya son 8 qələbəsindən 7-də rəqib qapılarına 1-dən çox qol vurub.
İkinci mərcimiz Braziliyanın 3 qolla qələbəsidir - 6.95
BUKMEKERLƏR NƏ DEYİR?
Dəqiq hesab: 3:0 - 19.55
Hər iki hissədə qol olacaq - 1.85
Künc zərbələrinin sayı - 9.5 ALT (1.82)
Sarı kartların cəmi - 3.5 ALT (1.87)
