Braziliya hakimiyyəti dekabrın 26-da Çinin elektrik avtomobil istehsalçısı BYD-nin ölkədəki fabrikinin tikintisində çalışan çinli işçilərin insan alverinin qurbanı olduğunu açıqlayıb.

İndex.az xəbər verir ki, Braziliya dekabrın 25-də fabrikin tikintisini dayandırıb və BYD işçilərinin "quldarlığa" bənzər şəraitdə yaşadıqlarını bildirib.

Dövlət Əmək Prokurorluğunun (MPT) verdiyi açıqlamaya görə, Braziliyanın şimal-şərqindəki Bahia əyalətində 160-dan çox işçi xilas edilib.

İddialara görə, fəhlələrin pasportları və maaşları tikinti şirkəti tərəfindən saxlanılıb.

BYD öz bəyanatında sözügedən şirkətlə əlaqələri kəsdiyini və Braziliya qanunvericiliyinə tam uyğunluğu öhdəsinə götürdüyünü bildirib.