Bu gün saat 22:00-da Çempionlar Liqasının 5-ci turu çərçivəsində son 6 ev oyununda uduzmayan "Borussiya Dortmund" "Mançester Siti"ni qəbul edəcək. Matç necə bitəcək? Proqnozumuza nəzər salaq.
BORRUSİYA DORTMUND
"Borussiya" Edin Terziçin rəhbərliyi altında Bundesliqada mövsümə zəif başladı. İlk raundlardan müdafiədə çoxlu səhvlərə yol verərək uğursuz nəticələr göstərdilər. Komandada zədəlilərin sayı da çoxdur. Bu isə dortmundlulara yaxşı nəticə göstərməyə mane olur. Komanda çempionatda 5-ci olsa da, liderindən cəmi 4 xal geri qalır.
ÇL-də isə "Borrusiya" kifayət qədər uğurludur və pley-offa yüksəlməyə yaxındır. 7 xalla "Borussiya Dortmund" 4 turdan sonra qrupda "Mançester Siti"dən 3 xal geri qalaraq ikincidir. "Sevilya" və "Kopenhagen" isə artıq 5 xal geridədirlər. Buna görə, "Borrusiya”ın qrupdan çıxması, demək olar ki, həll olunub.
MANÇESTER SİTİ
"Mançester Siti" mövsümdə bütün cəbhələrdə kifayət qədər uğurlu çıxış edir. Baxmayaraq ki, Pep Qvardiolanın komandası artıq bir neçə səhvə yol verib. "Şəhərlilər" hazırda 26 xalla Premyer Liqa cədvəlində lider "Arsenal"dan cəmi 2 xal geri qalır. 3 xal gerisində qalan “Tottenhem” təzyiq göstərir. Lakin “Spurs” titul uğrunda mübarizə aparmaq üçün stabilliyə malik deyil.
ÇL-in qrup mərhələsinin 4 turu ərzində “Mançester Siti” öz dördlüyünün əsas favoriti statusunu doğruldub. Hazırda 10 xalla qrupa başçılıq edən “şəhərlilər” artıq pley-offa vəsiqə qazanıb. Yeganə həll olunmamış məsələ ingilislərin pley-offa hansı yerdən adlayacaqlarıdır. Əslində bu gün onların bu məsələni öz xeyrinə həll etmək imkanı olacaq.
PROQNOZ
“Mançester Siti” son turda əsas heyətlə oynasa da “Kopenhagen”lə görüşdə qolsuz heç-heçə qeydə alındı. Bu gün “şəhərlilər”in məşqçisi böyük ehtimalla siyahıda bir sıra dəyişikliklər edəcək. Lakin onlar çətin ki, komandanı çox zəiflətsinlər. Buna baxmayaraq, “Mançester Siti” meydana pley-offa ilk pillədən adlayacağını dəqiqləşdirmək üçün çıxacaq. “Borussiya”nın qeyri-stabil oyununu və heyətlər arasındakı səviyyəni nəzərə aldıqda, qonaqlara üstünlük vermək məntiqlidir. İnanırıq ki, ev sahiblərinin heç bir şansı yoxdur.
İlk proqnozumuz “Mançester Siti”nin qələbəsidir – 1.61
“Mançester Siti” üçün bu gün heç-heçə kifayət edəcək ki, qrupda birinci yeri təmin etsinlər. Eyni zamanda, çətin ki, “şəhərlilər” şüurlu şəkildə belə nəticəyə oynasınlar. Yəqin ki, hər halda 3 xalı qazanmağa çalışacaqlar. “Borussiya” öz növbəsində, rəqibə müqavimət göstərməyə çalışacaq. Amma ingilislər 3 xalı almalıdırlar.
İkinci proqnozumuz “Mançester Siti”nin azı 1 qollu qələbəsi olacaq – 3.89
BUKMEKERLƏR NƏ DEYİR?
“Mançester Siti” ikinci hissədə qol vuracaq – 1.95
Klublar arasında keçirilən son 3 matçda belə mərc uğurlu alınıb
Dəqiq hesab: 1-2 – 7.40
Son 3 görüşdə bu hesab qeydə alınıb
“Borussiya Dortmund” ilk hissədə qol vuracaq – 2.29
Son iki matçda "Borussiya" ilk hissədə fərqlənib
