"The Washington Post" qəzetinin məlumatına görə, sentyabrın ortalarında tətilə çıxan 30 mindən çox "Boeing" işçisi şirkət və həmkarlar ittifaqının razılaşdırdığı 35% artım təklifini qəbul etməyib.
İndex.az xəbər verir ki, 4 il ərzində maaşın 35% artırılması, sağlamlıq və pensiya təminatının yaxşılaşdırılması və 7 min dollar mükafat təklifi həmkarlar ittifaqı daxilində keçirilən səsvermədə işçilərin 64%-i tərəfindən rədd edilib. İşçilər əmək haqlarının 40% artırılmasını və pensiya ödənişlərinin köhnə sisteminə keçməsini tələb edirlər.
"Boeing"in 30 mindən çox işçisi şirkətin artım təklifini qəbul etməkdən imtina edərək sentyabrın 13-də tətil etmək qərarına gəlib. Şirkətlə həmkarlar ittifaqı arasında keçirilən son toplantıda işçilərin maaşlarının 4 il müddətinə 35% artırılması ilə bağlı razılıq əldə olunub. Sözügedən sazişin qüvvəyə minməsi ittifaq daxilində səsvermə yolu ilə müəyyənləşir.
2008-ci ildə 8 həftəlik tətil, "Boeing"də 1995-ci ildə 10 həftəlik tətildən sonra ən uzun tətil, şirkətə gündə təxminən 100 milyon dollara başa gəldi. Bildirilir ki, “Boeing” 2008-ci ildə olduğundan daha pis maliyyə vəziyyətindədir. Şirkət 2018-ci ildə İndoneziyada və 2019-cu ildə Efiopiyada ən çox satılan "737 Max" təyyarəsinin qəzaya uğramasından sonra 27 milyard dollar itirib. Vurğulanır ki, “Boeing”in gəlirləri azalsa da, borcları artsa da, şirkətin 500 milyard dollardan çox qiymətləndirilən böyük sifariş geriliyi var.
