ABŞ-ın təyyarə istehsalçısı “Boeing” şirkəti 2023-cü ildə təxminən 2000 işçisini ixtisar etməyi planlaşdırır. İndex.az xəbər verir ki. bu barədə “Seattle Times” nəşri məlumat yayıb.
“Bu il təxminən iki min ixtisar gözləyirik. Bu ixtisarlar əsasən maliyyə departamentində və insan resursları departamentində aparılacaq” deyə “Boeing”in məlumatında deyilir.
Məqalədə qeyd edilir ki, ixtisar edilməsi planlaşdırılan işçilərin funksiyalarının bir hissəsi Hindistanın “Tata Consulting Services” İT şirkətinə həvalə olunacaq.
“Reuters” agentliyinin yanvarın 29-da verdiyi xəbərə görə, “Boeing” bu il 10 000 yeni işçi işə götürməyi planlaşdırdığını açıqlayıb. 2022-ci ildə konsern 14 000 yeni işçi qəbul edib. 2022-ci ilin sonunda isə “Boeing” heyəti 156 min işçidən ibarət idi.
Agentlik aydınlaşdırıb ki, bu il “Boeing” köməkçi bölmələrin bəzi işçilərini ixtisar etmək və təyyarələrin dizaynı və istehsalı ilə məşğul olan işçilərin sayını artırmaq niyyətindədir.
