Almaniyanın “BMW AG” konserni ABŞ-də starter qüsuru səbəbilə 196 mindən çox avtomobilini geri çağırır.

İndex.az xəbər verir ki, bu barədə ölkənin Milli Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) məlumat verir.

NHTSA bildirir ki, starter relesi korroziyaya məruz qala bilər, bu da həddindən artıq qızmaya və qısa qapanmaya səbəb ola bilər. Nəticədə yanğın təhlükəsi yarana bilər.

Geri çağırma 2022-ci il istehsalı olan BMW 230i də daxil olmaqla bir çox modeli əhatə edir.

BMW dilerləri starteri pulsuz olaraq yoxlayacaq və lazım gələrsə dəyişdirəcəklər.