Azərbaycanda 2022-ci ilin ilk yarım ilinin nəticələrinə görə, biznes kreditlərini artırıb-azaldan banklar məlum olub.

İndex.az xəbər verir ki, 2-ci rübün (və ilk yarım illiyin) nəticələrinə görə, biznes kreditlərin kreditlərin həcmi  milyon manat artaraq milyon manata çatıb.

FED.az-ın hesablamalarına görə, bu dövrdə biznes kreditlərinin ən sürətli artımı (faiz ifadəsində) «Yapı Kredi Bank Azərbaycan»  və «Yelo Bank»da qeydə alınıb. Bu bankların biznes kredit portfeli müvafiq olaraq 36% və 28%, məbləğ ifadəsində isə 42,6 milyon manat və 72,4 milyon manat artıb.

Faiz ifadəsinə görə, biznes kreditlərini ən çox artıran növbəti banklar - «Kapitalbank» və «Ziraat Bank»dır.

2022-ci ilin ilk yarım illiyində «Ziraat Bank»ın biznes kreitləri portfeli 56 milyon manat və ya 24,8% artıb. «Kapitalbank»ın biznes kreditləri isə 203 milyon manat və ya 21,1% artıb.

Biznes kreditlərini məbləğ ifadəsində ən çox artıran banklardan biri Azərbaycan Beynəlxalq Bankı - ABB-dir. Ölkənin bank sektorunun flaqmanı 2022-ci ilin ilk yarısında biznes kreditlərini 186 milyon manata yaxın və ya 11,7% artırıb.

Biznesin maliyyələşdirilməsində aktiv banklardan odan «Bank Respublika» ilk yarım ildə biznes kreditlərini 72,4 milyon manat və ya 14% artırıb.

«Rabitabank»da biznes kreditləri 49,2 milyon manat, «Accessbankda» - 44,7 milyon manat artıb.

Ümumilikdə 2022-ci ilin ilk yarısında ölkədəki 26 bankdan 17-də biznes kreditləri artıb, 9 bankda isə azalıb.

Biznes kreditlərin həcminin ən çox azaldığı bank «Paşa Bank»dır- 6 ay ərzində «Paşa Bank»ın biznes kredit portfeli 71,8 milyon manat və ya 3,1% azalıb. «Premium Bank»ın biznes kreditləri 23,5 milyon manat, «Bank BTB»nin biznes kreditləri isə 7,1 milyon manat və ya  10% azalıb.