Dünyanın aparıcı kriptovalyutası - bitkoin 22 min ABŞ dollardan çox bahalaşıb.

İndex.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 1,77% bahalaşaraq  22,156 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 427 milyard 476 ABŞ dolları kimi artıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 3,10 % artaraq 1,551 min ABŞ dolları olub.

Kriptovalyuta bazarının toplam dəyəri 1 trilyon 27 milyard 854 milyon 830 min ABŞ dollarına çatıb.

"СoinМarketСap"in Bakı vaxtı ilə saat 10:25-ə olan məlumatları aşağıdakı kimidir.