"BlackRock"un CEO-su Larri Fink, "Bitcoin" haqqında bir sıra proqnozlar verib.
İndex.az xəbər verir ki, Finkin sözlərinə görə, suveren sərvət fondları portfellərinin 2%-dən 5%-ə qədərini kriptovalyutaya ayırsa, "Bitcoin"in qiyməti 700 min dollara qədər yüksələ bilər.
Fİnk bildirib ki, "BlackRock" şirkəti bu sahədə ilk addımı ataraq 600 milyon dollar dəyərində "Bitcoin" alıb.
Larri Fink qeyd edib ki, investorlar hiperinflyasiyanın bitdiyini düşünməklə yanılırlar.
