Uzunmüddətli eniş fırtınasından sonra toparlanmağa başlayan "Bitcoin"in qiyməti xüsusilə inflyasiya məlumatlarından sonra sürətli yüksəliş yaşamağa başladı.

İndex.az xəbər verir ki, keçən il böyük qalmaqallar və fırıldaqlar ilə vurulan kripto pul bazarı yeni illə birlikdə yavaş-yavaş toparlanmağa başladı.

Xüsusilə, FED-in faiz artımının yavaşlaması və qlobal iqtisadiyyatda canlanma əlamətləri bütün dünya birjaları kimi kriptovalyuta bazarına da təsir edir.

"Bitcoin" keçən həftə 23000 dollar səviyyəsinə qalxsa da, hazırda ənənə halını alan ABŞ-da inflyasiya artımı xəbərlərinə görə 21600 dollar səviyyəsinə qədər geriləyib.

İnflyasiyanın gözləntilərdən bir qədər yüksək olmasına baxmayaraq, investorlar kripto pullara üstünlük verir.

Fevralın 14-dən etibarən sürətlə bahalaşmağa başlayan "Bitcoin"in qiyməti birjalarda 24930 dollara qədər qalxıb. Bazarın ümumi dəyəri 1,1 trilyon dollar, gündəlik həcmi isə 75 milyard dollar olub. "Ethereum"in qiyməti 1683 dollar, "XRP" isə 40 sent idi.

Bu ay xüsusilə ABŞ "Ticarət Komissiyası"nın birjalar üzərindəki təzyiqi də "Bitcoin"in qiymət artımının qarşısını alır.