ABŞ-da açıqlanan iqtisadi məlumatlardan sonra "Bitcoin" və "Ethereum" kəskin artım göstərib.

İndex.az xəbər verir ki, "Bitcoin"in qiyməti 3 min 931 dollar yüksələrək, 70 min 206 dollara çatıb.

Bununla da, "Bitcoin" cari ilin əvvəldən sonra 82,3% bahalaşıb.

Qeyd edək ki, ilin əvvəlində "Bitcoin"in dəyəri 38 min 505 dollar olub.

"Ethereum" blokçeyn şəbəkəsinə qoşulan "Ether" kriptovalyutası bazar ertəsi günü 13,3% artaraq 3 min 500 dollara çatıb.