"Binance" zəlzələ zonasında yardım kampaniyalarına qoşulub.

İndex.az xəbər verir ki, "Binance" tərəfindən toplanan 3 milyon dollar  zəlzələnin baş verdiyi bölgələrə göndərilib.

Bundan başqa "Binance" zəlzələdən zərər çəkmiş 10 şəhərdə təsdiq edilmiş istifadəçilərə 100 ABŞ dolları dəyərində BNB köçürüb və əlavə olaraq yeni 1 milyon dollarlıq kampaniyaya start verib.

"Binance" toplanan yardımı regiondakı qeyri-hökumət təşkilatı tərəfdaşları vasitəsilə zərərçəkənlərə çatdırır və tibbi dəstək, çadır, yemək, ədyal və su kimi bir çox ehtiyacların yığılmasında da yaxından iştirak edir.