“Beynəlxalq Enerji Agentliyi” (IEA) bu il üçün qlobal neft tələbatının sutkada təxminən 100 min barel artacağı ilə bağlı proqnozunu yenidən nəzərdən keçirib.
İndex.az xəbər verir ki, BEA-nin bu gün açıqladığı aylıq neft bazarı hesabatında bildirilib ki, 2023-cü ildə qlobal neft tələbinin ötən il ilə müqayisədə gündəlik 2 milyon 33 min barel artaraq 102 milyon barreli keçəcəyi gözlənilir.
Əvvəlki hesabatda bu məbləğ gündəlik 101 milyon 920 min barel olaraq qiymətləndirilmişdi.
Beləliklə, bu il üçün qlobal neft tələbi proqnozu təqribən 100 min barrel yüksəldilib.
Qlobal neft tələbatınn artımına, hava nəqliyyatının və “Covid-19” məhdudiyyətlərinin qaldırıldığı Çində gözlənilən canlanmanın təsir göstərməsi gözlənilir.
