İspaniyanın "Barselona" klubunun futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İndex.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Əl-Nəsr" 29 yaşlı müdafiəçi ilə maraqlanır.

Ərəblər danimarkalı oyunçunun maaşını iki dəfədən çox artırmaq niyyətindədir. Kataloniya təmsilçisi də onu buraxmağa hazırdır.

Qeyd edək ki, Kristensen 2024/2025 mövsümünün böyük hissəsində zədə səbəbindən meydana çıxa bilməyib. O, bütün turnirlərdə "Barselona" forması ilə cəmi altı matçda iştirak edib.